...

Pezeşkian İran xalqının çətinliklərini ABŞ sanksiyaları ilə əlaqələndirdi

Dünya xəbərləri Materials 18 Yanvar 2026 23:28 (UTC +04:00)
Pezeşkian İran xalqının çətinliklərini ABŞ sanksiyaları ilə əlaqələndirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian ABŞ sanksiyalarının İran xalqının üzləşdiyi çətinliklərin səbəbi olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə M.Pezeşkian "X" sosial şəbəkəsində yazıb.

"Əgər İran xalqı həyatlarında məhrumiyyətlər və çətinliklərlə üzləşirsə, bunun əsas səbəblərindən biri ABŞ hökuməti və müttəfiqləri tərəfindən tətbiq edilən düşmənçilik və sanksiyalardır.

Ölkəmizin Ali Liderinə qarşı hər hansı bir təcavüz İran xalqına qarşı tammiqyaslı müharibəyə başlamaq deməkdir", - deyə İran prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti