...

Yeni Zelandiya sahillərində 5,2 bal gücündə zəlzələ oldu

Dünya xəbərləri Materials 19 Yanvar 2026 03:49 (UTC +04:00)
Yeni Zelandiya sahillərində 5,2 bal gücündə zəlzələ oldu

Bakı. Trend:

Yeni Zelandiyanın cənub-qərb sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti xəbər verib.

Məlumata əsasən, təbii fəlakətin episentri Yeni Zelandiyanın Stüart adasından təxminən 160 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti