Bakı. Trend:
İndoneziya Hava Yollarına məxsus ATR-400 təyyarəsi Cənubi Sulavesi əyalətində itib.
Trend xəbər verir ki, bu barədə “Detik” məlumat yayıb.
Yerli axtarış və xilasetmə xidmətinin əməliyyatlar şöbəsinin rəhbəri Andi Sultan bildirib ki, təyyarədə 11 nəfər olub.
Məlumata görə, təyyarə Yoqyakartadan Makassara uçub.
