Bakı. Trend:
ABŞ-nin Tramp administrasiyası ölkələrin Qəzza Sülh Şurasında daimi üzvlük qazanmaq üçün ən azı 1 milyard dollar ödəməsini təklif edib.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi şuranın nizamnamə layihəsinə istinadən məlumat yayıb.
Sənəd layihəsinə görə, “hər bir iştirakçı dövlət bu xartiyanın qüvvəyə minməsindən etibarən üç ildən çox olmayaraq vəzifədə olacaq və sədr tərəfindən uzadıla bilər. Üç illik müddət xartiyanın qüvvəyə minməsindən sonrakı ilk il ərzində şuraya 1 milyard dollardan çox ianə verən üzv dövlətlərə şamil edilməyəcək”.
Bloomberg-in məlumatına görə, ABŞ Prezidenti Tramp “Sülh Şurasına” kimin dəvət ediləcəyinə qərar verəcək. Qərarlar səs çoxluğu ilə qəbul olunacaq və hər ölkəyə bir səs veriləcək, lakin bütün qərarlar sədr tərəfindən təsdiqlənməlidir.
