Bakı. Trend:
Əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycan rəqəmlərdə” qısa statistik məcmuəsində öz əksini tapıb.
Məlumata görə, bütün xəstəliklərdən ölənlərin sayı 2022-ci ildə 60 810, 2023-cü ildə 60 150, 2024-cü ildə isə 58 909 nəfər olub.
Qan dövranı sisteminin xəstəliklərindən ölənlərin sayı 2022-ci ildə 34 423, 2023-cü ildə 33 183, 2024-cü ildə isə 33 289 nəfər olub.
Yenitörəmələrdən 2022-ci ildə 8 369, 2023-cü ildə 9 818, 2024-cü ildə isə 9 681 nəfər ölüb.
2022-ci ildə 1 280, 2023-cü ildə 1 369, 2024-cü ildə isə 1 450 nəfərin ölüm səbəbi tənəffüs sistemi xəstəlikləri olub.
Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2022-ci ildə 2 914, 2023-cü ildə 3 177, 2024-cü ildə isə 2 714 nəfər dünyasını dəyişib.