...

Azərbaycan son beş ildə əmtəəlik qaz hasilatını 46% artırıb

Energetika Materials 21 İyun 2025 16:01 (UTC +04:00)
Azərbaycan son beş ildə əmtəəlik qaz hasilatını 46% artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda mədənçıxarma sektorunda 29,063 milyon ton neft, 38,669 milyard kubmetr əmtəəlik qaz hasil edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, 2023-cü ildə isə ölkədə 30,147 milyon ton neft, 36,414 milyard kub metr əmtəəlik qaz istehsal edilib.

Rəqəmlərdən aydın olur ki, illik müqayisədə ölkədə neft hasilatı 1,084 milyon ton və ya 3,6% azalıb, əmtəəlik qaz hasilatı isə 2,254 milyard kub metr 6,2% artıb.

Məlumata əsasən, Azərbaycanda 2020-ci ildə 34,532 milyon ton neft, 26,487 milyard kubmetr əmtəəlik qaz, 2022-ci ildə isə bu göstərici müvafiq olaraq 32,646 milyon ton və 34,955 milyard kubmetrə bərabər olub.

Beləliklə, son 5 ildə ölkədə neft hasilatı 5,469 milyon ton və ya 15,8% azalıb, əmtəəlik qaz hasilatı isə 12,181 milyard kubmetr və ya 46% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti