...

İsrail İranın dron hücumlarına cavabdeh olan briqada komandanını zərərsizləşdirib - IDF

Dünya xəbərləri Materials 21 İyun 2025 09:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbi hava qüvvələri İranın İnqilab Keşikçiləri Korpusunun 2-ci PUA briqadasının komandanı Aminpur Cudakini zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, Cudaki iyunun 13-də sələfi Taher Pura zərərsizləşdirilməsindən sonra bu vəzifəyə təyin olunmuşdu.

İsrail tərəfi iddia edir ki, yeni komandan İranın cənub-qərbində yerləşən Əhvaz rayonunda İsrail ərazisinə yüzlərlə dron hücumunu kurasiya edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti