...

Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçildi

İdman Materials 20 İyun 2025 21:45 (UTC +04:00)
Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına üzv seçildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına nümayəndələrini seçib.

Trend xəbər verir ki, seçkilər nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub.

Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.

Qürurverici haldır ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.

Xəbər lenti

Xəbər lenti