Bakı.Trend:
Orta tibb işçiləri səhiyyənin dayağı və tibbi xidmətin əsas sütunudur.
Trend xəbər verir ki, bu fikirləri 1 nömrəli Bakı Tibb Kollecinin məzunları ilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib.
Nazirin sözlərinə görə, yeni məzunlar ölkənin sağlam gələcəyinə xidmət edəcək.
“Bu peşəni seçən gənclər insanlara kömək etmək istəyilə, mərhəmət və fədakarlıqla bu yola qədəm qoyurlar. Bu gündən etibarən məzunlar Azərbaycanın sağlam gələcəyi naminə şərəfli və məsuliyyətli missiyaya qoşulurlar. Onların peşəkarlığı səhiyyəmizin inkişafına töhfə verəcək", - deyə səhiyyə naziri əlavə edib.