...

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

Siyasət Materials 20 İyun 2025 18:42 (UTC +04:00)
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlkər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əfər çərçivəsində xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti