Bakı. Trend:
"COP29 Azerbaijan" əməliyyat şirkətinin komandası COP29 əməliyyatları üzrə şirkətin baş icra direktoru Nərmin Carçalovanın rəhbərliyi ilə Almaniyanın Bonn şəhərində braziliyalı həmkarları ilə görüş keçirib.
Bu barədə Trend “COP29 Azerbaijan”ın rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir.
Görüşdə əsas məqsəd Belem şəhərində keçiriləcək COP30-a hazırlıqların müzakirəsi olub.
“COP29 komandası, COP30 konfransının uğurla keçirilməsində Braziliyanın sədrliyinə Azərbaycanın tam dəstəyini bir daha təsdiqləyib”, – məlumatda deyilir.