Bakı. Trend:
Suriyada hüquq mühafizə orqanları keçmiş prezident Bəşər Əsədin əmisi oğlunu həbs edib.
Trend xəbər verir ki, bu barədə Suriya DİN məlumat yayıb.
Məlumata görə, Vasim Əsəd narkotik vasitələrin qanunsuz ticarətində və bir sıra başqa qanun pozuntularında ittiham olunur.
“Suriya kəşfiyyatının və DİN əməkdaşları Vasim Əsədi saxlaya bilib. O, Suriyanın ən nüfuzlu narkotacirlərindən hesab olunur və keçmiş hakimiyyətin cinayətlərində iştirak edib”, - məlumata qeyd olunub.
KİV-lər onun Livanla sərhəd yaxınlığında ələ keçdiyini yazır.