Bakı.Trend:
Ötən il narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlər səbəbilə 7 659 şəxs məhkum edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycan rəqəmlərdə” qısa statistik məcmuəsində öz əksini tapıb.
Məlumatda qeyd olunub ki, qəsdən adam öldürmə üzrə 204, qəsdən sağlamlığa ağır zərər vurma üzrə 282, zorlama üzrə 15, oğurluq üzrə 1 879, dələduzluq üzrə 1 005, soyğunçuluq üzrə 130, quldurluq üzrə 86, xuliqanlıq üzrə 552, nəqliyyat vasitələrinin istismarı əleyhinə olan cinayətlər üzrə 649 şəxs məhkum olunub.