...

Azərbaycanda son beş ildə tikilmiş mənzillərin sayı açıqlanıb

İqtisadiyyat Materials 21 İyun 2025 15:19 (UTC +04:00)
Azərbaycanda son beş ildə tikilmiş mənzillərin sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda bütün maliyyə mənbələri hesabına tikilmiş mənzillərin sayı 20,1 min ədədə bərabər olub.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu sayda mənzillərin orta ölçüsü 117,2 kvadrat metr təşkil edib.

2023-cü ildə isə ölkədə orta ölçüsü 109,5 kvadrat metr olan 22,7 min ədəd mənzil tikilib istifadəyə verilib.

Rəqəmlərdən də göründüyü kimi 2023-cü illə müqayisədə ötən il ölkədə tikilmiş mənzillərin sayı 2,6 min ədəd və ya 11,5% azalıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına tikilmiş mənzillərin sayı 50,4 min ədəd, 2021-ci ildə 16,7 min ədəd, 2022-ci ildə isə 25,3 min ədəd təşkil etmişdi.

Beləliklə, son 5 ildə ölkədə bütün maliyyə mənbələri hesabına tikilmiş mənzillərin sayı 30,3 min ədəd və ya 2,5 dəfə azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti