...

İran nüvə proqramından imtina etmədən nüvə dialoquna hazırdır - Pezeşkian

Dünya xəbərləri Materials 21 İyun 2025 22:13 (UTC +04:00)
İran nüvə proqramından imtina etmədən nüvə dialoquna hazırdır - Pezeşkian
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləmək üçün dialoqa hazırdır, lakin ondan tamamilə imtina etmək niyyətində deyil.

Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.

"Biz dinc nüvə enerjisi sahəsində etimadı gücləndirmək üçün dialoqa və əməkdaşlığa hazırıq", - deyə o bildirib.

O əlavə edib ki, İran nüvə proqramının tam məhdudlaşdırılmasına razı olmayacaq.

Pezeşkian qeyd edib ki, rəsmi Tehran İranın qanuni hüquqlarına hörmətlə yanaşmasını nəzərə almaqla istənilən dialoqu və ya danışıqları alqışlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti