...

UFC Fight Night: Yarım yüngül çəkidə ilkin kart qalibi müəyyənləşdi (FOTO)

Cəmiyyət Materials 21 İyun 2025 22:01 (UTC +04:00)
UFC Fight Night: Yarım yüngül çəkidə ilkin kart qalibi müəyyənləşdi (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ilin ən gözlənilən idman hadisələrindən biri - UFC Fight Night keçirilir.

Trend xəbər verir ki, İrina Alekseeva (5-2-0, Rusiya) və Klaudia Siqula (6-2-0, Polşa) yarım yüngül çəki dərəcəsində ilkin kartda qarşılaşıblar. Polşa təmsilçisi qalib gəlib.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti