...

Azərbaycanda son üç ildə dəmiryol nəqliyyatı ilə 55 milyon tondan çox yük daşınıb

İqtisadiyyat Materials 21 İyun 2025 17:03 (UTC +04:00)
Azərbaycanda son üç ildə dəmiryol nəqliyyatı ilə 55 milyon tondan çox yük daşınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda son üç ildə dəmir yolu nəqliyyatı ilə 55,6 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Belə ki, ölkədə sözügedən nəqliyyat vasitəsi ilə 2022-ci ildə 18,7 milyon ton, 2023-cü ildə 18,3 milyon ton, 2024-cü ildə isə 18,6 milyon ton yükdaşımaları həyata keçirilib.

Beləliklə, son üç ildə Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımalarda təqribən 165,1 min ton və ya 1% azalma qeydə alınıb.

Son üç ildə ölkədə dəmiryolu nəqliyyatı ilə yük dövriyyəsinin həcmi isə 69,6 milyon ton–km və ya 1% azalıb.

Belə ki, 2022-ci ildə Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yük dövriyyəsinin həcmi 7, 097 milyard ton-km idisə, 2024-cü ildə bu göstərici 7,027 milyard ton-km təşkil edib.

Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-may aylarında 7,1 milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 milyon ton və ya 7,8% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti