Bakı. Trend:
ABŞ İsrail və İran arasında münaqişə fonunda B-2 strateji bombardmançılarını Sakit okeandakı Quam adasına köçürür.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən bidirib.
Bildirilib ki, bombardmançıların yerləşdirilməsinin Yaxın Şərqdəki gərginliklə bağlı olub-olmadığı aydın deyil. Mənbələr əlavə məlumat verməkdən imtina ediblər.
Mənbələrdən biri hələlik B-2-lərin Quamdan kənara daşınması üçün heç bir əmr verilmədiyini bildirib. Onlar neçə bombardmançının yerləşdirildiyini açıqlamayıblar.