...

UFC Fight Night: Cənubi Koreyadan olan daha bir idmançı qalib olub (FOTO)

İdman Materials 21 İyun 2025 23:21 (UTC +04:00)
UFC Fight Night: Cənubi Koreyadan olan daha bir idmançı qalib olub (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ilin ən gözlənilən idman hadisələrindən biri - UFC Fight Night keçirilir.

Trend xəbər verir ki, yarım orta ağır çəkidə ilkin kartda Sok Hön Ko (1-0-0, Cənubi Koreya) ilə Oban Elliott (12-2-0, Uels) qarşılaşıblar.

Qalib Cənubi Koreya təmsilçisi olub.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

Xəbər lenti

Xəbər lenti