Bakı. Trend:
İlin ən gözlənilən idman hadisələrindən biri olan UFC Fight Night turniri Bakıda baş tutub.
Trend xəbər verir ki, bu axşam ölkənin idman salnaməsinə düşəcək: Azərbaycanda tarixdə ilk dəfə qaydasız dünya döyüşlərinin əsas arenası olan UFC yarışması keçirilib və bu, ən yüksək səviyyədə keçirilib.
Bakıda keçirilən UFC gecəsinin əsas hadisəsi məşhur amerikalı döyüşçülər - yarım ağır çəkidə keçmiş UFC çempionu Camal Hill və titula keçmiş namizəd Xəlil Rauntri Junior arasında döyüş olub. Onların oktaqondakı görüşü üslubların, xarakterlərin toqquşması idi. Qalib Xəlil Rauntri Junior oldu.
Xatırladaq ki, iyunun 21-də Bakıda ilk dəfə UFC Fight Night turniri keçirilib. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş keçirilib.