...

Tramp İranın uranın zənginləşdirilməsi obyektlərinin tamamilə məhv edildiyini bildirib

Dünya xəbərləri Materials 22 İyun 2025 06:33 (UTC +04:00)
Tramp İranın uranın zənginləşdirilməsi obyektlərinin tamamilə məhv edildiyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusu İranın uranın zənginləşdirilməsi obyektlərini tamamilə məhv edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp İrana endirilən zərbələrlə bağlı şənbə günü axşam Ağ Evdə həmvətənlərinə televiziya müraciətində deyib.

"Bu axşam mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurla nəticələnib. İranın əsas uranın zənginləşdirilməsi obyektləri tamamilə məhv edilib", - deyə o bildirib.

Tramp bildirib ki, bir müddət əvvəl ABŞ silahlı qüvvələri İranın üç əsas nüvə obyektinə - Fordo, Natanz və İsfahana yüksək dəqiqliklə kütləvi zərbələr endirib.

Onun sözlərinə görə, zərbələr İranın nüvə zənginləşdirmə imkanlarını məhv etmək və dövlətin yaratdığı nüvə təhlükəsini aradan qaldırmaq məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti