Bakı. Trend:
İranın nüvə obyektlərinin ləğvi ilə bağlı verilən vəd yerinə yetirilib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin İrana zərbələrindən sonra İsrailin baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına videomüracitində bildirib.
İsrailin iyunun 13-də başlayan "Xalq Aslan kimi" adlı əməliyyatından danışan Netanyahu İsrail tarixində görünməmiş nəticələrin əldə edildiyini vurğulayıb.
O xatırladıb ki, əvvəldən israillilərə İranın nüvə obyektlərini məhv edəcəklərini vəd edib və bu, onun sözlərinə görə, uğurla həyata keçirilib.