...

ABŞ-nin zərbələrindən sonra İranda radioaktiv çirklənmə əlamətləri aşkar edilməyib

Dünya xəbərləri Materials 22 İyun 2025 08:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin zərbələrinə məruz qalan İsfahan, Natanz və Fordoda İranın nüvə obyektlərində radioaktiv çirklənmə əlamətləri yoxdur.

Trend-in məlumatına görə, bu barədə İranın Milli Nüvə Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.

"Görülən tədbirləri, ilkin planlaşdırma və radioaktiv aşkarlama sistemləri tərəfindən qeydə alınan məlumatlar nəzərə alınaraq, çirklənmə əlamətləri aşkar edilməyib", - deyə qurumun bəyanatında bildirilib.

Mərkəz həmçinin rəsmi olaraq ABŞ-yi İrana nüvə proqramı ilə bağlı hədəfləri vurmaqda ittiham edib. Qeyd edilib ki, ABŞ hakimiyyəti İran obyektlərinə hücum etməklə beynəlxalq hüququ, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti