...

İranın İsfahandakı nüvə obyektinə bir həftə ərzində ikinci dəfə zərbə endirilib - BAEA

Dünya xəbərləri Materials 22 İyun 2025 03:17 (UTC +04:00)
İranın İsfahandakı nüvə obyektinə bir həftə ərzində ikinci dəfə zərbə endirilib - BAEA
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail İranın İsfahandakı nüvə obyektinə bir həftə ərzində ikinci dəfə zərbə endirib və ərazidəki çoxsaylı binalara böyük ziyan vurulub.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossi deyib.

BAEA-dan bildiriblər ki, İsfahan obyekti ilkin olaraq iyunun 13-də vurulub, nəticədə mərkəzi kimya laboratoriyası, uranın çevrilməsi zavodu, reaktor yanacağı zavodu və zənginləşdirilmiş uran metalının emalı üçün tikilməkdə olan obyekt daxil olmaqla dörd bina zədələnib. Həmin vaxt obyektdən kənarda radiasiya səviyyəsinin artması barədə məlumat verilməyib.

BAEA həmçinin bugünkü hücumların hədəfləri arasında İsfahan ərazisindəki sentrifuqa istehsalı müəssisəsinin olduğunu təsdiqləyib.

Qrossi qeyd edib ki, zərbələrə məruz qalan ərazilərdə ya nüvə materialı yoxdur, ya da yalnız kiçik miqdarda təbii və ya aşağı zənginləşdirilmiş uran var və buna görə də hər hansı potensial radioaktiv çirklənmə zədələnmiş və ya məhv edilmiş tikililərlə məhdudlaşır.

"İranın nüvə proqramının əsas yerlərindən biri olan İsfahandakı bu nüvə kompleksi dəfələrlə hücuma məruz qalıb və ciddi zədələnib. Mövcud nüvə materialının təhlilinə əsasən, biz obyektdən kənarda hər hansı çirklənmə riski görmürük. Yenə də dəfələrlə qeyd etdiyim kimi, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir", - deyə R.Qrossi qeyd edib.

Xəbər lenti

Xəbər lenti