Bakı. Trend:
İranın Atom Enerjisi Təşkilatı (AEOI) Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumlar barədə bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda səhər saatlarında keçirilən hücumların beynəlxalq hüquqa və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə zidd olduğu bildirilib.
AEOI vurğulayıb ki, strateji obyektlərə zərbələr endirilməsinə baxmayaraq, İran nüvə enerjisini inkişaf etdirməyə davam edəcək və nüvə proqramlarının icrasının dayandırılmasına imkan verməyəcək.