Yevlax. Trend:
Yevlaxda kanalda batan 15 yaşlı məktəblinin meyiti tapılıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, Mingəçevir şəhər sakini Hüseyn Sübhanoviç Rəsulovun cəsədini Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-Axtarış qrupunun əməkdaşları Yuxarı Qarabağ kanalının rayonun Tanrıqulular kəndi yaxınlığından keçən hissədə – batdığı yerdən təxminən 15 kilometr aralıda aşkar edərək sudan çıxarıb.
Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib