Bakı. Trend:
İsrailin İrana hərbi hava hücumları fonunda İranın mərkəzində yerləşən Yəzd vilayətinin eyniadlı şəhərində İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) məxsus silah-sursat anbarının vurulduğu bildirilir.
Trend-in məlumatına görə, bununla əlaqədar video-kadrlar yayımlanıb.
Video-kadrlarda silah-sursat anbarının “Səduqi” və “Əl-Qədir SEPAH”-a məxsus olduğu qeyd edilir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.