Tehran. Trend:
Bu gün Tehranın İnqilab meydanında hökumətə dəstək aksiyası keçirilib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, aksiya iştirakçıları İsrail və ABŞ-nin İran əleyhinə hücumlarını qınayıblar.
Aksiyada İran prezidenti Məsud Pezeşkian və başqa rəsmilər iştirak ediblər.