...

Tehranda avtobus və metro pulsuz oldu

Dünya xəbərləri Materials 22 İyun 2025 16:51 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran paytaxtı Tehranda metro və avtobuslar 1 həftə müddətinə pulsuz xidmət göstərəcək.

Trend-in məlumatına görə, bununla əlaqədar Tehran Şəhər Şurası bu gün qərar verib.

Qərara əsasən, həmçinin Tehran şəhərində izdihamlı küçələrə avtomobillərin girişinə məhdudiyyət tətbiq olunmayacaq.

Vətəndaşlar həmin izdihamlı küçələrə avtomobillə daxil olduğu halda əlavə xərc və yaxud cərimə ödəməyəcək.

Qeyd edək ki, İsrailin İrana 13 iyundan başlayaraq hərbi hava hücumları nəticəsində əhalinin şəhərlərdən əsasən də Tehran şəhərindən uzaqlaşması ilə bağlı məlumatlar yayılır.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti