Bakı. Trend:
Fransa polisi terror aktı planlaşdırmaqda şübhəli bilinən 17 yaşlı yeniyetməni həbs edib.
Trend xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bruno Retayo "LCI" telekanalına açıqlamasında məlumat verib.
"Ötən cümə günü Sarthe departamentində 17 yaşlı oğlan saxlanılıb. O, xüsusilə sinaqoqlarda və bayram tədbirlərində terror aktları törətməyi planlaşdırırdı", – deyə nazir bildirib.
Nazirin sözlərinə görə, saxlanılan şəxs terror aktının icrasına deyil, planlaşdırma mərhələsinə cəlb olunmuşdu.