Bakı. Trend:
İranın qərbində yerləşən Kirmanşah vilayətində 3 nəfər, o cümlədən Avropa ölkələrindən birinin vətəndaşı casusluq ittihamı ilə saxlanılıb.
Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, saxlanılan digər iki müttəhimdən çoxlu sayda mobil telefon nömrəsi və nağd vəsait aşkarlanıb. Onlar əcnəbi xüsusi xidmət orqanları ilə əlaqədə olublar.
Cahangir deyib ki, ölkənin başqa bir vilayətində isə bir mənzildə 4 terrorçu saxlanılıb, bir terrorçu isə intihar edib. Onlar Tehranda terror aktı törətmək üçün hazırlaşıblar. Terrorçulardan çoxlu sayda sənəd və toplanan məlumatlar götürülüb.