Bakı. Trend:
ABŞ-nin İranın nüvə obyektlərinə hücumunda yaralananlarda hər hansı radiasiya çirklənməsi qeydə alınmayıb.
Trend-in məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hüseyn Kermanpur özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu, ABŞ-nin hücumunda yaralananların tibb mərkəzlərinə aparılaraq müayinədən keçdikdən sonra bəlli olub.
Kermanpur əlavə edib ki, illərlə öncə İranın nüvə mərkəzlərinin yaxınlığında müalicə mərkəzləri yaradılıb.
Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub