...

İranın Nüvə Silahlarının Yayılmasına dair Sazişdən çıxması parlamentin gündəliyinə salına bilər

Dünya xəbərləri Materials 22 İyun 2025 20:55 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT) çıxması İran parlamentinin gündəliyinə salınması qərara alınıb.

Trend-in məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü İbrahim Rzayi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin əksər üzvləri Nüvə Silahlarının Yayılmaması Sazişində üzvlüyünə yenidən baxılması və İranın bu sazişə üzvlükdən çıxmasını tələb edirlər.

Rzayi qeyd edib ki, komitə üzvləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin funksiyasını sərt şəkildə tənqid edir və bu agentliklə əməkdaşlığın kəsilməsi və yaxud müvəqqəti dayandırılmasını istəyirlər.

“İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvləri ABŞ-nin İrana hücumuna qətiyyətli cavabın verilməsinin vacibliyini qeyd ediblər”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti