Bakı. Trend:
Ötən gecə ABŞ-nin İranın nüvə obyektlərinə hərbi hava hücumları nəticəsində hər hansı radiasiya qeydə alınmayıb.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indiyədək bəlli olan budur ki, hər hansı maddələrin sızması halı qeydə alınmayıb.
Kulivənd deyib ki, radioaktiv maddələrin kənara yayılması ilə bağlı hər hansı nigaranedici vəziyyət yoxdur.
Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.