...

İranın Tehran vilayətində HHM sistemləri işə düşüb

Dünya xəbərləri Materials 22 İyun 2025 16:52 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən bir saat ərzində İranın Tehran vilayətinin Dəmavənd şəhəri ətrafında havadan müdafiə sistemləri işə düşüb.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, İsrailin hərbi hava hücumlarının qarşısının alınmasında Dəmavənd HHM-dən aktiv istifadə olunur.

Bildirilir ki, İsrailin atdığı raketlər Dəmavənd HHM qurğuları tərəfindən vurulur.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti