...

Zəncanda 3 “SEPAH” üzvü ölüb

Dünya xəbərləri Materials 22 İyun 2025 18:21 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin bu gün İranın qərbində yerləşən Zəncan vilayətində hərbi obyektə hücumunda İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 3 üzvü ölüb.

Trend-in məlumatına görə, bununla əlaqədar İslam İnqilabı Keşikçilər Korpusunun “Ənsar əl-Mehdi” Qərargahı məlumat yayıb.

SEPAH hadisə ilə əlaqədar əlavə məlumat verməyib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti