...

İranın nüvə sənayesi məhv olmayacaq – Atom Enerjisi Təşkilatı

Dünya xəbərləri Materials 22 İyun 2025 17:50 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Nüvə sənayesinin İranda əsaslı kökü var və bu milli sənaye məhv olmayacaq.

Trend-in məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın dinc məqsədli nüvə obyektlərinə hücum beynəlxalq qanunlara ziddir. İran dəfələrlə bu hərəkətə etirazını bildirib. Bu dəfə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə və BMT Təhlükəsizlik Şurasına etiraz edib.

Kamalvəndi bildirib ki, əlbəttə İranın nüvə sənayesinə müxtəlif xəsarətlər dəyib və bu ilk dəfə deyil ki, İranın nüvə sənayesinə xəsarətlər dəyir. Öncələr də İran bu xəsarətlərin əvəzini çıxıb və İran bu sənayeni inkişaf etdirməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti