Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri Tehranda və İranın qərb bölgəsində yerləşən hərbi infrastruktur obyektlərinə hava zərbələri endirməyə başlayıb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri hazırda Tehranda və İranın qərbində yerləşən hərbi infrastruktur obyektlərini hədəfə alır”, – deyə açıqlamada qeyd olunub.