...

Kolumbiyada üsyançılar 57 əsgəri girov götürüb

Dünya xəbərləri Materials 23 İyun 2025 06:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiyanın Müdafiə Nazirliyi “Karlos Patinyo” silahlı qruplaşmasının ölkənin cənub-qərbində yerləşən Kauka departamentinin Arxeliya bələdiyyəsində 57 hərbçini iradələrinə zidd olaraq əsir götürdüyünü açıqlayıb.

Trend xəbər verir ki, bu barədə departamentin X-dəki səhifəsində məlumat yayıb.

“Bu gün dörd zabit və 53 peşəkar hərbçi öz iradəsinə zidd olaraq azadlıqdan məhrum edilib. Bu hərəkət təkcə onların fundamental hüquqlarının kobud şəkildə pozulması deyil, həm də Kolumbiya dövlətinə qarşı açıq təhqirdir", - departament qeyd edib.

Qeyd olunur ki, əsgərlərin girov götürülməsində vaxtilə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) döyüşçüləri tərəfindən yaradılmış yarımhərbi birləşmələrdən olan “Karlos Patinyo” qruplaşması iştirak edib.

Nazirlik həmçinin bildirib: “Biz ölkənin cənub-qərbində dövlət qüvvələrinin qanuni fəaliyyətinə mane olmaq məqsədilə yerli icmalardan qorxaqcasına istifadə edən ‘Karlos Patinyo’ qrupunun əsgər və zabitlərimizi oğurlamasını qəti şəkildə pisləyirik”.

Xəbər lenti

Xəbər lenti