...

Roma Papası XIV Leo süni intellektin təsirləri ilə bağlı xəbərdarlıq edib

Dünya xəbərləri Materials 23 İyun 2025 04:59 (UTC +04:00)
Roma Papası XIV Leo süni intellektin təsirləri ilə bağlı xəbərdarlıq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Süni intellekt heç vaxt insan yaddaşı kimi yaradıcı və dinamik ola bilməyəcək.”

Trend xəbər verir ki, Roma Papası XIV Leo süni intellektin cəmiyyətə mümkün təsirləri ilə bağlı çıxışında bu texnologiyanın imkanlarının insan yaddaşı və yaradıcılığı ilə müqayisədə məhdud olduğunu bildirib.

Papa qeyd edib ki, süni intellekt nə qədər inkişaf etsə də, bəşər övladının yaradıcı potensialını və mənəvi dəyərlərini əvəz edə bilməz. O, cəmiyyətə sağlam, balanslı və gələcək nəsillər üçün faydalı həyat tərzi seçməyi tövsiyə edib.

“Unutmaq olmaz ki, süni intellekt insanlığa xidmət edən bir vasitə olmalıdır. Onun insanın rolunu azaldacaq və ya onu əvəz edəcək bir alətə çevrilməsinə yol verilməməlidir. Şəxsi həyat istənilən alqoritmdən üstündür. Sosial münasibətlər isə ruhsuz maşınların proqramlaşdırdığı sxemlərdən qat-qat geniş və dəyərlidir”, – deyə katolik kilsəsinin başçısı əlavə edib.

Xəbər lenti

Xəbər lenti