...

“Milan” Alvaro Moratanı satmağa hazırlaşır

İdman Materials 23 İyun 2025 08:56 (UTC +04:00)
“Milan” Alvaro Moratanı satmağa hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “Milan” klubu ispaniyalı hücumçu Alvaro Moratanın transferi ilə bağlı “Komo” klubu ilə danışıqlar aparır.

Trend xəbər verir ki, bu barədə məlumatı “Milan News” yayıb.

“Rossoneri” Moratanın satışından 15–18 milyon avro gəlir əldə etməyi planlaşdırır. Lakin əvvəlcə Moratanın 2024-cü ilin qışından bəri icarə əsasında çıxış etdiyi “Qalatasaray”la olan müqaviləsi ləğv edilməlidir.

Qeyd edək ki, İspaniya millisinin üzvü 2024/25 mövsümündə A Seriyasında 16, Türkiyə Super Liqasında isə 12 oyunda iştirak edib və ümumilikdə 11 qol vurub.

Xəbər lenti

Xəbər lenti