...

İranın hücumu ilə əlaqədar Knessetin iclası yarımçıq qalıb – Deputatlar təxliyə olunur

Dünya xəbərləri Materials 23 İyun 2025 12:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın İsrailin müxtəlif şəhərlərinə, o, cümlədən, Qüdsə hədəflənmiş irimiqyaslı ballistik raket hücumu ilə əlaqədar Knessetin komitə iclası yarımçıq dayandırılıb.

Trend “Times of Israel”ə istinadən xəbər verir ki, iclasın dayandırılmasından sonra deputatlar həyəcan təbilinin sədaları altında təhlükəsiz sığınacaqda daldalanmalı olub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti