Bakı. Trend:
Gələn il Azərbaycan Kredit Bürosu "AKB hub" sistemini istifadəyə verəcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Kredit Bürosunun (AKB) baş direktoru Elçin Həbibov Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında deyib.
O bildirib ki, məqsəd Azərbaycan Kredit Bürosunun mərkəzi sistemini yeni bir səviyyəyə qaldırmaqdır:
"Bu bizə imkan verəcək ki, nəinki Azərbaycan Kredit Bürosunda müvafiq sistem istifadə ediləcək, eyni zamanda, bizim bunu ixrac etmək potensialımız da olacaq. Yəni digər kredit bürolarına da innovasiyalarımızı ixrac edə biləcəyik".
"İddialı hədəflərimiz var. Məsələn, biz produkt istehsalından satışa qədər olan bütün prosesi artıq avtomotik formada reallaşdıra bilmək hədəfini qarşımıza qoymuşuq", - deyə Elçin Həbibov qeyd edib.