...

İranla gərginlik fonunda ABŞ Qətərdəki vətəndaşlarını xəbərdar edib

Dünya xəbərləri Materials 23 İyun 2025 15:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Qətərdəki səfirliyi Amerika vətəndaşlarına növbəti bildirişədək “olduqları yerdə qalmağı” tövsiyə edib.

Trend “Al-Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə Körfəz ölkəsindəki vətəndaşlara göndərilmiş elektron məktubda bildirilir.

“Əlavə ehtiyat tədbiri kimi, Amerika vətəndaşlarına növbəti bildirişədək olduqları yerdə qalmağı tövsiyə edirik”, - məlumatda vurğulanıb.

Bundan əvvəl, ötən həftə ABŞ-nin Qətərdəki səfirliyi işçilərinin Dohadan kənardakı səhrada yerləşən və Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası olan “Əl-Udeyd” Hava Bazası ərazisinə girişini müvəqqəti məhdudlaşdırmaqla bağlı xəbərdarlıq yaymışdı.

Bəyanatda Amerika vətəndaşlarına “artırılmış ehtiyatlılıqla hərəkət etmək” tövsiyə olunub və “xaricdə ABŞ vətəndaşları və maraqlarına qarşı potensial etiraz aksiyaları” barədə xəbərdarlıq edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti