Bakı. Trend:
İsrailin Tehranın hərbi və istehsalat obyektlərinə hədəflənmiş son hava əməliyyatına ölkənin HHQ-nin 50-dən çox qırıcısı cəlb olunub.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Son hücum dalğalasının gedişində İsrail HHQ-nin qırıcıları Tehranda İranın hərbi baş qərargahına, raket və radar istehsal edən obyektlərini, həmçinin raketlərin saxlanıldığı obyektlərə hücum həyata keçirib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.