...

BLC ilə investisiyaların cəlb edilməsi üzrə əməkdaşlıq ediləcək (FOTO)

İqtisadiyyat Materials 23 İyun 2025 15:18 (UTC +04:00)
BLC ilə investisiyaların cəlb edilməsi üzrə əməkdaşlıq ediləcək (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

AZPROMO və “Black Locust Capital Financing Broker” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Black Locust Capital Financing Broker” (BLC) şirkətinin direktoru Şahrux Xan arasında görüş keçirilib. Görüş zamanı Azərbaycana cəlb olunan birbaşa xarici investisiyalar, ölkəmizin əlverişli investisiya iqlimi və biznes imkanları haqqında məlumat verilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Görüş çərçivəsində AZPROMO və BLC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artırılması, strateji tərəfdaşların cəlb edilməsi sahələrində əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, “Black Locust Capital Financing Broker” MMC investisiya konsaltinqi, maliyyə strategiyalarının hazırlanması və fərdi kapitalın idarə olunması sahələrində ixtisaslaşmış beynəlxalq şirkətdir. Şirkət beynəlxalq biznes prosesləri çərçivəsində imkanların dəyərləndirilməsi və risklərin azaldılması istiqamətində geniş təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti