...

Bakıda kredit məlumatlarının mübadiləsi və qarşılıqlı anlaşmaya dair memorandum imzalanacaq

İqtisadiyyat Materials 23 İyun 2025 10:31 (UTC +04:00)
Bakıda kredit məlumatlarının mübadiləsi və qarşılıqlı anlaşmaya dair memorandum imzalanacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ümid edirəm ki, sabah hamımız birgə olaraq kredit məlumatlarının mübadiləsi və qarşılıqlı anlaşmaya dair memorandum imzalayacağıq.

Trend xəbər verir ki, bunu ACIPE İdarə Heyətinin sədri, Qazaxıstanın First Credit Bureau (FCBK) rəhbəri Ruslan Omarov bu gün Bakıda keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, kredit büroları öz ölkələrində artıq sistemqurucu şirkətlərə çevriliblər:

"Onlar özlərində maliyyə sektorunun inkişafı üçün vacib olan çoxlu məlumat toplayırlar. Bununla da biz, yəni kredit büroları, maliyyə institutları arasında müəyyən bir etimad zonası qururuq ki, bu məlumatları maliyyə təşkilatları arasında sərbəst şəkildə paylaşmaq mümkün olsun.

Artıq qeyd olunduğu kimi, kredit məlumatı maliyyə şəffaflığının və maliyyə inklüzivliyinin təməlidir. Biz bu məlumatların aktuallığını başa düşməliyik, həmçinin, onu yayılmadan, xüsusilə kredit məlumat bazarının iştirakçısı olmayan tərəflərə açıqlanmasından qorumağa borcluyuq".

"Hər ölkə öz təcrübələrini paylaşır, çünki hər ölkə və onun maliyyə sektoru özünəməxsusdur. Bir çox ümumi cəhətlər olsa da, bizi bir-birimizdən fərqləndirən saysız-hesabsız nüanslar var. Amma biz bu məlumatları, məhsulları, xidmətləri paylaşmaqlahər birimizi daha güclü edirik. Bu tədbirdə iştirak edən bütün kredit büroları ACIPE-ə çox töhfə verirlər. Ona görə də ACIPE aktiv və dinamik inkişaf edən bir assosiasiyadır.

Biz dünyanın bütün assosiasiyaları ilə fəal əməkdaşlıq edirik, o cümlədən, Avropa assosiasiyası olan ACIS ilə.

Biz digər beynəlxalq kredit bürosu assosiasiyaları ilə də sıx əməkdaşlıq edirik. Cəmi 7 illik fəaliyyətimiz olsa da, artıq bizi dünyada tanıyırlar", - R.Omarov qeyd edib.

"Çünki biz gənc və hələlik azsaylı iştirakçıya malik bir assosiasiya olsaq da, bizim sıralarımızda güclü oyunçular var və biz kifayət qədər birliyə nail olmuşuq.

Biz şəffaflıq və etimad barədə yalnız öz ölkələrimiz daxilində danışmırıq, həm də bu dəyərləri assosiasiya üzvləri arasında paylaşırıq. Ümid edirəm ki, sabah hamımız birgə olaraq kredit məlumatlarının mübadiləsi və qarşılıqlı anlaşmaya dair memorandum imzalayacağıq. Bu, bu prosesi qəbul edən ölkələr arasında mübadilənin başlanğıcı olacaq", - R.Omarov fikirlərini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti