Bakı. Trend:
İsrail İranın şimalında yerləşən Əlborz vilayətinin Kərəc şəhərində ən böyük dairələrdən biri hesab olunan “Sepah” adlı dairəni vurub.
Trend-in məlumatına görə, bununla əlaqədar İran KİV-də video-kadrlar paylaşılıb.
Video-kadrda “Sepah” dairəsinin vurulması nəticəsində böyük partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.