Bakı. Trend:
Azərbaycan Kredit Bürosunun (AKB) bazasında 4,8 milyon borcalan haqqında məlumat var.
Trend xəbər verir ki, bunu Azərbaycan Kredit Bürosunun (AKB) baş direktoru Elçin Həbibov Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında deyib.
Direktorun sözlərinə görə, borcalanların 4,7 milyonu fiziki şəxslərdir:
"Ölkədə ümumilikdə 3,3 milyon nəfər aktiv borcalan var. Eyni zamanda bir məlumatı da bildirim ki, 2025-ci ilədək bağlanmış və açıq kreditlərin sayı 38,2 milyon ədəd olub. Bu göstəricidə aktiv kreditlərin sayını qeyd etməmişik".
E.Həbibov vurğulayıb ki, bir şəxs haqqında kredit məlumatı istənildikdə bu, 0,2 saniyəyə icra edilə bilir:
"Bazamızda 275 min fərdi sahibkar, 29 min hüquqi şəxs var. Aktiv borcalanların sayı 3,2 milyon nəfərdir. Bazamızda 1,7 milyon aktiv zamin var".
"Bir gün ərzində 2 milyon kredit hesabatı həyata keçirə bilirik", - deyə E. Həbibov fikrini tamamlayıb.