...

Qətər XİN İranın ABŞ hərbi bazasına raket hücumunu qətiyyətlə pisləyib

Dünya xəbərləri Materials 23 İyun 2025 21:57 (UTC +04:00)
Qətər XİN İranın ABŞ hərbi bazasına raket hücumunu qətiyyətlə pisləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qətər İranın bu ölkədəki ABŞ-ın Əl-Udeyd aviabazasına raket hücumunu kəskin şəkildə pisləyib.

Trend-in məlumatına görə, bu barədə Qətəri Xarici İşlər Nazirliyi bildirib.

"Bu, suverenliyin, beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır", - deyə nazirliyin rəsmi nümayəndəsi Məcid Əl-Ənsari.

Qətər tərəfi beynəlxalq hüquqa uyğun olaraq adekvat cavab vermək hüququnu bəyan edib və bölgədə sabitliyi qorumaq üçün hərbi əməliyyatları dərhal dayandırmağa və diplomatik danışıqlara qayıtmağa çağırıb.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.

"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatda bildirilib.

Bazanın Hərbi Hava Qüvvələrinin qərargahı olduğu və ABŞ-nin Qərbi Asiyada ən böyük strateji aktivi olduğu qeyd edilib.

"İran İslam Respublikası heç bir halda öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir təcavüzü cavabsız qoymayacaq", - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti